Köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

  • By admin
  • 27 Mart 2022 11:53

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə qurumdan bildirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Bakı şəhəri, Nərimanov rayonunda baş verən avtoqəza nəticəsində iki nəqliyyat vasitəsinin arasından sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info