Komanda yoldaşının saatını oğurlayan futbolçu qovuldu

  • By admin
  • 02 Oktyabr 2019 20:14

“Nitsa”nın hücumçusu Lamine Diabi komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlayıb. Onun bu quldurluğunun üstü açıldıqdan sonra klubdan qovulub.

Gununsesi.org-un məlumatına görə, 18 yaşlı futbolçu quldurluq etdiyini boynuna alıb. Futbolçu üzr istəyib və saatın kompensasiyasını ödəyəcəyini deyib.

Qeyd edək ki, Dolberqin saatı sentyabrın 19-u paltardəyişmə otağından oğurlanmışdı.

“Nitsa” 21 yaşlı Dolberqi bu yay “Ayaks”dan 20,5 milyon avroya transfer etmişdi.

 

 

Gununsesi.org