Komandir gənc əsgəri intihara vadar edib -SƏRHƏD XİDMƏTİNİN HƏRBÇİSİ ÖZÜNÜ GÜLLƏLƏYİB/FOTOLAR

Naxçıvan Muxtar Respublikasında xidmət keçən əsgər özünü güllələyib.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin Culfadakı hərbi hissəsində xidmət edən əsgər Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açaraq özünü öldürüb.

Onun özünə qəsd etməsinə səbəb kimi komandir Tofiq Məmmədov tərəfindən sıxışdırılması göstərilir.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.

 

Elmar

Gununsesi.info