“Ən azından şəhid övladı olduğuna görə, hesab edirəm ki, hər kəs bu kateqoriyadan olan insanlara son dərəcə həssas və diqqətlə, qayğıyla yanaşmalıdırlar. Hərbi hissənin komandiri ilə də bağlı bildiyim qədər müdafiə naziri, general Zakir Həsənov araşdırma aparılması üçün lazımı göstəriş verib. Müdafiə nazirliyində də hazırda bu məsələylə məşğuldurlar. Dünən sosial şəbəkələrdə məsələ geniş müzakirə obyektiydi. Bəziləri komandirin ünvanına lazımsız ifadələr işlədirdi. Tövsiyyə edərdim ki, dostlarımız tələsməsinlər. Çünki məsələ ictimailəşdirildiyindən , araşdırılıb tam aydınlaşdırıldıqdan sonra hərbi hissə komandiri Elşən Sanayevlə bağlı müdafiə nazirliyi lazımı açıqlamanı verəcək” .
Bu haqda Gununsesi.info-ya hərbi ekspert Üzeyir Cəfərli N saylı hərbi hissədə şəhid ğvladı, çavuş Minarə Bayramovanın(İsmayılova) qeyri-qaniuni işdən azad edilməsiylə bağlı saytımızda gedən “Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” yazısına münasibətini bildirərkən belə deyib.
Ü.Cəfərli qeyd edib ki ,əslində, bu çox xoşagəlməz hadisədir: “Belə vəziyyət yarandığı üçün çox təəssüflənirəm. Yanvarın 23-də bu məsələ gündəmə gələndə, çox düşündüm. Bu nəticəyə gəldim ki, işdən azad edilən şəhid qızı, hərbçi Minayə Bayramovanın (İsmayılova) anasının məsələnin ictimailəşməsini təkid etməsi göstərir ki, vəziyyət hədsiz xoşagəlməz olub ki, şəhidin həyat yoldaşı bunu ictimailəşdirmək məcburiyyətində qalıb. O üzdən də, həmin xəbəri sosial şəbəkədə paylaşdım və gözləyirəm ki, Müdafiə Nazirliyi şəhid Mübariz İsmayılovun övladına qarşı edilən nalayiq hərəkətlərlə bağlı lazım olan araşdırmanı aparacaq. Kimin hansı vəzifə tutmasından asılı olmayaraq, istənilən halda bu məsələdə Minarə Bayramovanın (İsmayılova) pozulmuş hüquqlarıyla bağlı lazım olan addımlar atılmalıdır. Bir sözlə, müharibə aparan ölkədə belə əcaib və xoşagəlməz hadisələr olmamalıdır. Nə komandirin, də zərəçəkmiş M.Bayramovanın (İsmayılova) tərəfini tutmaq istəmirəm. Ən azından dünən prezident hərbi hissələrdən birində çox önəmli görüş keçirib, , mesajlar verdi. Cəbhənin digər istiqamətində isə belə bir xoşagəlmaz halın baş verməsiylə bağlı mətbuatda şəhid ailəsi açıqlama verdi. Xoşagəlməyən hadisədir”-, deyən ekspert bildirib ki, komandirin hərbçi qızına qarşı etdiyi hərəkətlə bağlı hərtərəfli araşdırmaya ehtiyac var: “Ondan sonra biz də mətbuat və ictimaiyyət olaraq, öz münasibətimizi bildirəcəyik. Kimin nə günahi varsa, qanun qarşısında cəzasını çəkməlidir.O ki qaldı guya həbçi xanımı içkili halda olmasıyla bağlı onu mühakimə etmələrinə, hər kəs öz mövqeyini müdafiə etmək üçün müxtəlif arqumentlər səsləndirəcək. Əvvəla, əgər bu xanım içən idisə, əxlaqında problem var idisə, onu nəyə görə işə alırdınız? Yaxud da əgər həqiqətən beləydisə, nəyə görə, lazım olan qabaqlayıcı addımları atmayıblar. Mən komandir E.Sanayevin tərəfini əsla tutmuram. Amma hər halda bu xanım da tək deyil. Ən azından şəhid övladıdır. Atası Vətən uğrunda, canından keçib, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə Ağdərə isiqmətində son nəfəsinədk döyüşüb, şəhid olub. Qeyd edim ki, ən ağır döyüşlər, məhz həmin istiqamətdə gedib. Ona görə də məsələnin ədalətli araşdırılmasının tərəfdarıyam. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, günahkarlar haqqında ən adekvat qərar qəbul olunmalıdır. Yəni, bu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin adına yaraşmayan haldır. Hətta belə götürsək, əgər şəhid övladının hərəkətində Nizamnamədən kənar hər hansı hallar olsaydı da belə, onu ata və qardaş kimi çağırıb başa salmaq, tənbeh etmək olardı, nəinki Şərəf Məhkəməsi qarşısıa çıxarıb mənəvi sarsıntı keçirməsinə şərait yaratmaq. Bu məsələ ictimailəşdikdən sonra bundan həm bizi istəyənlər həm də düşmənlərimiz istifadə edə bilərlər. Ona görə də çox üzldüm. Şəhid ailəsylə bağlı həssas məqam olduğuna görə, biganə qala bilmədim. Komandirin hərəkətləri qanun çərçivəsində cəzalandırılmalıdırlar. Çavuş M.Bayramovanın (İsmayılova) guya içkili olmasıyla bağlı söylədikləri fikirlərdə də ciddi olsunlar. Xanımı gözdən salmaq, komandiri haqlı çıxarmaq üçün çox söz deyə bilərlər. Mən qəzadan sonra hospitalda həkimin yazdığı diaqnoza baxdım. Orada çavuş xanımın içkili vəziyyətdə olmasıyla bağlı belə bir rəy görmədim. Yazılmış həkim rəyi qəza zamanı baş verən xəsarətlər haqqındadır. Hospitalın bu haqda rəsmi sənədi var. Bir sözlə, bu məsələ çox ciddi araşdırma tələb edir. Düşünürəm ki, bu məsələylə bağlı lazım olan tədbirlər görüləcək və şəhid qızının adına ləkə gətirmək istəyənlər cəzasız qalmayacaqlar”-, deyə o bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyi Gununsesi.info-da gedən “Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” adlı yazıya rəsmi münasibət bildirib.
Müdafiə Nazirliyindən Gununsesi.info-ya daxil olan açıqlamada bildirilib ki, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarət müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırılıb.
“23 yanvar 2017-ci il tarixdə Gununsesi.info saytında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Minarə Mübariz qızı Bayramova (İsmayılova) ilə əlaqədar dərc olunan məqaləyə münasibət bildirərək, qeyd edirik ki, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarət müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırılıb. Müraciətin yerində, dəqiq və daha ətraflı araşdırılması məqsədilə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət qrup hərbi hissəyə ezam olunub”-, deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, general-leytenant Kərim Vəliyev müdafiə nazirinin şəxsi heyət üzrə müavinidir.
Gülnaz Qənbərli
Gununsesi.info