
Adanada “Komando baba” kimi tanınan İbrahim Cebeci mübahisə zəminində həyat yoldaşı Ayşe Cebeci balta ilə öldürüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemləri olduğu iddia edilən təqaüdçü müəllim İbrahim Cebeci ilə həyat yoldaşı Ayşe Cebeci arasında naməlum səbəbdən mübahisə düşüb. Kəskinləşən mübahisədə İbrahim Cebeci balta ilə həyat yoldaşının başına bir neçə zərbə endirib.
Hadisədən sonra evi tərk edən İbrahim Cebeci məhəllə muxtarlığına gedib, həyat yoldaşını öldürdüyünü söyləyib.
Hadisə yerinə polis və tibb personalı gəlib. Evə girən qruplar Ayşe Cebecinin öldüyünü təsbit edib.
İbrahim Cebeci saxlaılıb və barəsində cinayət işi açılıb.
Qeyd edək ki, Adanada ağacdan başı aşağı sallanaraq komando marşı söyləyən İbrahim Cebeci sosial mediada “Komanda baba” adı ilə məşhur olub.
Gununsesi.info