Komando briqadalarının yaradılması yeni mərhələdir - Korotçenko

Komando briqadalarının yaradılması şübhəsiz ki, Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında və döyüş effektivliyinin artırılmasında yeni mərhələdir.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

HTML tutorial

O hesab edir ki, komando briqadalarının yaradılmasını həm də Bakının Qarabağda Nikol Paşinyanın üçtərəfli bəyanat üzrə öhdəliklərinə baxmayaraq, fəal şəkildə partizan müharibəsi taktikasını icra edən qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna reaksiyası kimi qəbul etmək olar.

“Komando briqadaları peşəkar hərbçilərdən qurulmuş, ən yeni silah və avadanlıqlarla təchiz olunmuş müntəzəm hazırlıqlı, yüksək hərəkətli desant-hücum qruplaşmalarıdır. Onlar günün istənilən vaxtında, silahlı münaqişələrin istənilən əməliyyat mühitində, istənilən potensial döyüş əməliyyatları teatrında, o cümlədən dağ-meşə məkanlarında, eləcə də məskunlaşmış ərazilərdə dərhal döyüşə hazır olur. Bu, ümumilikdə silahlı qüvvələrin döyüş hazırlığının əhəmiyyətli dərəcədə artırılmasını ifadə edir”, – deyə o bildirib.

İ.Korotçenko əlavə edib ki, komando briqadaları əsas qüvvələrdən ayrı, təcrid olunmuş halda belə müstəqil şəkildə döyüş əməliyyatlarını aparmağa qadirdir.

Gununsesi.info