Kombi aparatı partladı - Xəsarət alan var

Dekabrın 2-si Beyləqan şəhərində partlayış baş verib.

Gununsesi.info  xəbər verir ki, Sevil Qazıyeva küçəsində yerləşən təkər təmiri sexində işləyən Arif Rəhimov kombi cihazının genişlənmə çəninə hava vurarkən partlayış olub. Çənin partlaması səbəbindən A.Rəhimov ağır xəsarətlər alıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info