
Böyük Britaniyanın aparıcı komediya klublarından biri tamaşaçıların zarafatlara cavab verməməsindən sonra şokedici qərar qəbul edib. “Top Secret Comedy Club” botokslu qonaqlara verilişə daxil olmağı qadağan edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, komediya dünyasının ən böyük adlarına ev sahibliyi etməklə adından söz etdirən klub daha əvvəl Jack Whitehall, Amy Schumer və Dave Chappelle kimi məşhur sənətçiləri qəbul edib.
Lakin klub stend ifaçılarının reaksiyasız üzlərlə qarşılanması və tamaşaçıların zarafatlara cavab verməməsi ilə bağlı narahatlıqlar fonunda kəskin addım atıb.
Botoks əzələ daralmasının qarşısını alaraq qırışları azaldan və son illərdə geniş yayılan neyromodulyatordur. Böyük Britaniyada hər il təxminən bir milyon Botox inyeksiyasının edildiyi təxmin edilir.
Top Secret Comedy Club-ın sahibi Mark Rothman , klubunun yeni sənətçilərini itirməmək üçün qonaqlara botoks tətbiq etməyi qadağan etməyi ” son çarə” kimi təsvir etdi.
“Bizim inanılmaz istedadlı komediyaçılarımız cavab verməyən üzlərə çıxış etməkdən yorulublar” deyən Rothman, tamaşaçıların iştirakını ölçməyin getdikcə çətinləşdiyini qeyd etdi.
Orxan