Komitə parlamentin payız sessiyasına 10-dan artıq qanun layihəsi çıxaracaq -Komitə sədri

  • By admin
  • 19 Sentyabr 2016 14:20
komite 
Bu gün 2016-cı ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  ilk iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, İclasda komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu ilin yaz sessiyası çox məhsuldar keçib: “ Yaz sessiyasında 18 iclas keçirilib. 76 məsələ, o cümlədən 75 qanun layihəsi ətraflı müzakirə edilib və bu  sənədlər parlamentdə qəbul edilib. Ümumiyyətlə komitəsinin üzvləri parlamentin fəaliyyətində aktiv iştirak ediblər və bu təqdirolunası haldır”.
Z.Səmədzadə deyib ki, Azərbaycan iqtisadi islahatların dərinləşməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.
“Dövlət  başçısı bununla bağlı hökumətə müvafiq tapşırıqlar verib. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün əlavə tədbirlər görülür. Bu tədbirlərin bir istiqaməti kimi qanunları təkmilləşdirmək lazımdır”, – deyə Z.Səmədzadə vurğulayıb. O əlavə edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə  30 yaxın qanun layihəsi daxil edilib.
Sonra iclasda 2016-cı ilin payız sessiyası zamanı komitədə görüləcək  qanunvericilik işlərinin planı müzakirə edilib. İşlər planına Vergilər Məcəlləsinə dəyişiklik, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında”, “Poçt haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqında” , “Kredit büroları haqqında”, “Aviasiya haqqında”  qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, o cümlədən  “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqatvergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarçısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergi münasibətdə ikiqatvergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarçısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələri daxildir.    
Gununsesi.info