Komitə sədri: "283 vətəndaşın müraciəti daxil olub ki, onlardan da..."

  • By admin
  • 25 Yanvar 2017 13:03

aqiye-naxcivanli

Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin bu ilin yaz sessiyasında ilk iclası keçirilib. 
Gununsesi.info-nun məlumatına görə, iclasda komitənin 2016-cı il payız sessiyası dövründə gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı məsələlərinə baxılıb.
Komitə sədri Aqiyə Naxçıvanlı deyib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib:

“Bu iclaslarda 4 məsələ, o cümlədən 4 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 283 vətəndaşın müraciəti daxil olub, həmin müraciətlərin 130-u tədbir görülməsi üçün  müvafiq təşkilatlara göndərilib. Həmçinin komitə sədri tərəfindən Milli Məclisdə 42 nəfər vətəndaş qəbul edilib”.

İclasın sonunda Ailə, qadın və uşaq məsələləri komitəsinin 2016-cı il payız sessiyası dövründə gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Mürtəza

Gununsesi.info