Komitə sədri Lənkəranda vətəndaşlarla görüşəcək

  • By admin
  • 12 Yanvar 2017 09:52

????????????????????????????????????

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 17-də saat 10:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Gununsesi.info-ya DGK mətbuat xidmətindən  verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən – Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 16-sı saat 10:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-31-90) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Gülnaz Qənbərli

Gununsesi.info