
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Lerikdə Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.
Komitədən Gununsesi.info-ya verilən məlumata görə, qəbul Lerik rayonu Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.