Komitə sədri vətəndaşları qəbul edəcək

  • By admin
  • 26 Mart 2018 11:30
 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev martın 30-da saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən – Sabirabad, Şirvan, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
 Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Gununsesi.info