Komitə sədrindən yoluxucu xəstəliklərlə bağlı həyəcan təbili

Bir çox yolxucu xəstəliklər baş qaldırıb.

 

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

O qeyd edib ki, xüsusilə də qripin ağır ştampları ortaya çıxıb, insanlar bu xəstəlikləri ağır şəkildə keçirirlər.

 

“Digər tərəfdən qızılca xəstəliyi ciddi olaraq yayılıb. Əvvəllər bu xəstəliyə uşaqlar arasında rast gəlinirdisə, indi böyük yaşlı insanlarda da rast gəlinir. Mənə 30-40 yaşlı insanlar bununla bağlı müraciət edirlər. Yolxucu xəstəliklər daimi olaraq nəzarətdə saxlanılmalıdır. Nəzarətdən çıxarsa, ciddi problemlər ortaya çıxa bilər”,- deyə sədr bildirib.

 

Komitə sədri əlavə edib ki, Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabit deyil.

 

 

Gununsesi.info