
“İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir. Bu qədər uşaq dünyaya göz açırsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq hansı sayda günahkarlar məsuliyyətə cəlb edilir? Bu sahədə hüquq-mühafizə orqanları ilə bərabər digər icra strukturları da qanunvericiliyi pozan insanların məsuliyyətə cəlb olunmasında aktıv iştirak etməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi qruplarının iclasında Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib
Onun sözlərinə görə, qız uşaqlarının erkən yaşda ərə verilməsi təhsildən yayınma, reproduktiv sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur: “Bu istiqamətdə görülən işlər öz səmərəsini verir. İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir. Bu sahədə hüquq-mühafizə orqanları ilə bərabər digər icra strukturları da qanunvericiliyi pozan insanların məsuliyyətə cəlb olunmasında aktıv iştirak etməlidir. Yerli orqanlar da bu sahədə problemlərə həssaslıqlarını artırmalıdırlar”.
Mürtəza
Gununsesi.info