Komitə siqaretlərlə bağlı məlumat yaydı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fermentləşdirilmiş tütün məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 50% azalaraq 214 tona enib.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, ötən il Azərbaycanda papiros və siqaretlərin istehsalı 2 milyard 334,7 milyon ədəd təşkil edib ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

HTML tutorial

Hesabat dövrünə Azərbaycanın hazır məhsul ehtiyatı fermentləşdirilmiş tütün üzrə 1 306,2 ton (2,1 dəfə çox), papiros və siqaretlər üzrə isə 253,7 milyon ədəd (4,2 dəfə çox) təşkil edib.

Gununsesi.info