Komitə istirahət, əyləncə  mərkəzləri və otelləri satışa çıxardı

  • By admin
  • 24 Noyabr 2016 09:50
emlak-komitesi
Azərbaycanda bir sıra istirahət, əyləncə  mərkəzləri və otellər özəlləşdirilməyə çıxarılıb.
Bu barədə Gununsesi.info-ya Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra  dövlət və özəl müəssisələri özəlləşdirməyə çıxarıb. Bunlar sırasında  istirahət mərəzləri və otellər də daxildir.
Qusarda “Şahdağ” istirahət zonaları, Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, Balakəndə “Qubek Otel”, “Sərhədçi” İdman İstirahət Mərkəzi, Texniki Universitetin İdman Sarayı özəlləşdirləcək müəssisələr sırasına daxildir.
Əmlak Komitəsi eyni zamanda Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq komplekslərini də özəlləşdiriləcək müəssisələr sırasına daxil edib.
Komitədən bildirilib ki, bu müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək: “İlk növbədə, başlıca  məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması əslində belə sahələrə yeni böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək.
Nəhayət, yeni müəssisələrin özəllədirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin (orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələr) restrukturizasiyası baxımından da əhəmiyyətli olacaqdır.
Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir”.
Mürtəza
Gununsesi.info