Komitə sədri şikayətləndi: Əhali … nəzərə alınmır

  • By admin
  • 08 Noyabr 2019 07:29

Azərbaycanda 1606 bələdiyyə var. Bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır.

Gununsesi.org-un xəbərinə görə, Milli Məclisin birgə komitələrinin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

O bildirib ki, bələdiyyələrə eyni həcmdə vəsait verilir.

“Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər”, – deyə A.Rəhimzadə təklif edib.

Gununsesi.org