Kommersiya obyektləri ucuzlaşır

  • By admin
  • 11 İyul 2017 16:18

girov_kredit

Əmlak bazarına satış məqsədi ilə təklif olunan kommersiya obyektlərinin orta satış qiymətləri 2017- ci ilin I rübü üzrə 1699 $/kv.m qeydə alınıb.

Gununsesi.info MBA Konsaltinqə istinadən bildirir ki, bu da öz növbəsində 2016-cı ilin IV rübü ilə müqayisədə 3.7% ucuzdur.

Son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox qiymət dəyişikliyinə“xidmət” təyinatlı obyektlər məruz qalıb. Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 4.3% azalaraq 1760 $/kv.m təşkil edib.

Digər seqmentlərə gəldikdə isə “mağaza” təyinatlıobyektlərdə qiymətlər 3.8%, “boş yer” təyinatlı obyektlərdə qiymətlər 3.1% , “ofis” təyinatlıobyektlərdə qiymətlər 0.9% aşağı düşüb.

Yerləşməsindən, sahəsinin ölçüsündən və təmirliyindən asılı olaraq ən baha qiymətə satışa təklif olunan “ofis” təyinatlı obyektlər əsasən Bakı şəhərinin Səbail, Nərimanov, Yasamal vəNəsimi rayonlarında qeydə alınıb. Bu rayonlarda ofislərin 1 kv.m-nin satış qiymətləri müvafiq olaraq

1773 $/kv.m, 1411 $/kv.m, 1418 $/kv.m və 1488 $/kv.m təşkil edib. Nisbətən ucuz ofislər isəNizami və Xətai rayonlarında qeydə alınıb.

Vüsalə Rüstəmova

Gununsesi.info