Kommunistlər Nəriman Nərimanovun xatirəsini yad etdilər - FOTOLAR

  • By admin
  • 14 Aprel 2017 17:49
unnamed (18)
Nəriman Nərimanovun 147-ci  ildönümü ilə əlaqədar olaraq Azərbaycan Kommunist  Partiyası (AKP) elmi – praktik konfrans keçirib.
AKP-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün AKP  Mərkəzi Komitəsi peşəkar  inqilabçı, yazıçı – publisist, Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanovun ad gününün 147-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirib.
 Konfransda giriş nitqi ilə çıxıaş edən  KPİ- Sov.İKP Mərkəzi Şurasınız üzvü, AKP MK sədri Rauf Qurbanov  N. Nərimanov keçdiyi həyat yolu və  fəaliyyəti barədə, gördüyü işlər barədə toplantı iştirakçılarına geniş məlumat verib. Daha sonra  AKP MK Suraxanı RK-nin birinci katibi Əhmədağa Cabbarov “Azərbaycan dövlət quruculuğunda Nəriman Nərimanovun rolu” mövzusunda məruzə  ilə çıxış edib.
Məruzə ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP MK Nizami RK-nin birinci katibi N. Abbasov, AKGİ MK-nin sədri M.Əzizov, AKP MK üzvü, texniki elmlər üzrə fəlsəfə doktoru Q.Əhmədov və digər yoldaşlar çıxış ediblər. Konfransın işində ziyalılar, ictimaiyyətin nümayəndələri və komsomolçu gənclər də iştirak ediblər.
Konfrans  bitdikdən sonra  AKP MK-nin rəhbər işçiləri  N.Nərimanovun abidəsini  ziyarət edərək, abidənin önünə əklil qoyublar.
N. Nərimanovun  147-ci ildönümü ilə bağlı anım tədbirləri  AKP-nın bütün rayon və şəhər komitələrində də keçirilib.
unnamed (16) unnamed (17)
Mürtəza
Gununsesi.info