

Rusiya kommunistlərin lideri Gennadiy Züqanov MDB, Avrasiya İttifaqından fərqli model təklif edib.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, G.Züqanov Rusiya, Ukrayna, Belarus və Qazaxstan ittifaqının yaradılması ideyasını təklif edib.
Kommunistlərin lideri hesab edir ki, bu ölkələr heç bir ölkənin suverenliyinə, dilinə, mədəniyyətinə və adət-ənənələrinə ziyan vurmadan ittifaq yarada bilərdilər. “Mən belə bir ittifaqın yaradılmasının tərəfdarıyam. Belə bir ittifaqın yaradılması yaxşı olardı və belə bir ittifaq çox gözəl böyü potensiala malik olardı”- deyə, G.Züqanov bildirib.
Gununsesi.info