Kommunistlər də seçkidə iştirak etmək istəyir

  • Müəllif: admin
  • 02 Mart 2018 15:56

Martın 4-də  Azərbaycan Kommunist Partiyasının (AKP)  Plenum iclası keçiriləcək.  Partiya iclasda növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək.

Bu barədə AKP-nin  sədri Rauf Qurbanov Gununsesi.info-ya açıqlama verib:

“Mərkəzi Komitənin plenum iclası olacaq. Artıq bununla əlaqədar  müavinim bir az olar mənə məlumat verib. Plenum üzvlərinə deyilib və ayın 4-ü iclasda iştirak edəcəklər.

O cümlədən dairə, məntəqə və mərkəzi seçki komissiyalarına müşahidəçi qismində verəcəyimiz yoldaşların siyahısı plenumda təsdiq  ediləcək. Martın 4-dən sonra növbədənkənar  seçkilərlə bağlı yekun qərarı mətbuatla bölüşəcəyik”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Gununsesi.info