
Ermənistanın təhlükəsizliyinin, iqtisadi inkişafınin təminatı və demoqrafik vəziyyətinin yaxşılaşması Qarabağ münaqişəsinin həllindən, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsindən asılıdır.
Gununsesi.info xəbər verir ki, Ermənistanən sabiq prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan təşkilatın 2-ci qurultayında deyib.
Onun sözlərinə görə, görünür Ermənistanın mövcud hakimiyyətinin bu elementar həqiqəti anlaması üçün keçən 18 il hələ də bəs etməyib.
“Əgər Qarabağ münaqişəsi həll olunarsa, Türkiyə-Ermənistan əlaqələri avtomatik həllini tapacaq. Qarabağ münaqişəsinin yeganə həlli yolu mərhələli həll yoludur”- deyə, sabiq prezdent vurğulayıb.
O,deyib ki, bu gün danışıqlar masası üzərində Qarabağ münaqişəsinin kompromis həll variantı var və bu kompromis variant 1997-ci ildəkindən heç nə ilə fərqlənmir:
“Hansı ki, orada Qarabağa aralıq status və yekun status, həmçinin sülhməramlı qüvvələrin yerləşdirilməsi planı öz əksini tapırdı”.
Petrosyan onu da əlavə edib ki, kompromisin alternativi müharibədir və bu da Ermənistan üçün acı sonluqla nəticələnən faciələrə gətirib çıxara bilər.
“ Onsuz da bu gün Ermənistan əhalisi ağır sosial-iqtisadi vəziyyətdən, korrupsiya və ədalətsilikdən əziyyət çəkdiyindən kütləvi surətdə ölkəni tərk edir, müharibə adı gələrsə, ümumiyyətlə, əhali ölkəni tərk edəcək. Məhz son ildə moilyonlarla insan müharibə təhlükəsindən uzaq olmaq üçün Ermənistandan, Gürcüstandan, Ukraynadan, Suriyadan, Liviya, İraq və digər ölkələrdən köç ediblər”-deyə, o əlavə edib.
Hazırladı Mürtəza
Gununsesi.info












