Kömür mədənində güclü partlayış 35 CAN ALDI

  • By admin
  • 04 May 2017 07:37

komur

İranda kömür mədənində güclü partlayış baş verib.

Baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii bildirib.

Bundan əvvəl, hadisə nəticəsində 21 nəfərin öldüyü, 69 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib.

Gununsesi.info