Kondaliza Raysdan şok etiraf: - “ƏSAS MƏQSƏDİMİZ İRAQA DEMOKRATİYA GƏTİRMƏK YOX..."

  • By admin
  • 13 May 2017 13:30

загруженное-5

ABŞ-ın sabiq dövlət katibi, 2003-cü ildə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kondaliza Rays 2003-cü ildə Amerika ordusunun İraqa girməsinin əsas mahiyyətini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Kondaliza Raysın sözlərinə görə, əsas hədəfləri Səddam Hüseyni devirmək olub: “Bizim məqsədimiz İraqa demokratiya gətirmək yox, Səddam Hüseyni hakimiyyətdən devirmək olub. Bu təhlükəsizlik problemi ilə bağlı olan məsələ idi”.

K.Rays onu da əlavə edib ki, ABŞ-ın İraqa hərbi müdaxiləsinin həqiqi qiymətini tarix verəcək.

Qeyd edək ki, K.Rays 2001-2005-ci illərdə oğul Corc Buşun milli təhlükəsizlik məsələləri üzrə müşaviri, 2005-2009-cu illərdə isə ABŞ dövlət katibi olub.

Gununsesi.info