Konfederasiyalar Kuboku-2017-nin ən yaxşı qolu seçildi - FOTO

  • By admin
  • 11 İyul 2017 06:54

fabian

Meksika yığma komandasının futbolçusu Marko Fabianın Almaniya ilə yarımfinal matçında vurduğu qol 2017 FİFA Konfederasiyalar Kubokunun ən yaxşısı olub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə FİFA-nın saytında bildirilir.

İlk beşliyə həmçinin Raul Ximenes (Meksika), Andre Silva (Portuqaliya), Kərəm Dəmirbəy (Almaniya) və Andre-Frank Zambo Anqissanın (Kamerun) qolları daxildir.

Qeyd edək ki, 17 iyun – 2 iyulda Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun qalibi Almaniya millisi olub.

Gununsesi.info