Konfrans Liqası: “Fənərbağça” növbəti qələbəsini qazanıb

  • By ilhame
  • 26 Oktyabr 2023 23:02

Türkiyənin “Fənərbağça” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Gununsesi.info-nun məlumatına görə, İstanbul təmsilçisi Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib.

Qarşılaşma Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Fənərbağça” vahid liderliyini davam etdirir. Qonaqlar 3 xalla üçüncüdür.

Gununsesi.info