Konqo ilə siyasi əlaqələrimiz daha da möhkəmlənəcək - İlham Əliyev

  • By Mina
  • 04 Aprel 2024 13:29

Səfəriniz (Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun – red.) gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söyləyib.

 

Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacağına ümid etdiyini bildirən dövlətimizin başçısı deyib: “Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq”.

 

Gununsesi.info