Konqoda bazarda partlayış olub, xəsarət alanlar var

  • By admin
  • 05 Fevral 2022 18:33

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Beni şəhərində bazarında partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Partlayış nəticəsində azı iki nəfər yaralanıb.

İstehkamçılar hadisənin baş vermə şəraitini öyrənmək və dəymiş ziyanı qiymətləndirmək üçün bazara baxış keçirirlər.

İlkin məlumatlara görə, hadisəyə kustar üsulla hazırlanmış partlayıcı səbəb olub.

 

 

Gununsesi.info