Konqoda dəhşətli qəza - 33 ÖLÜ, 30 YARALI

  • By admin
  • 13 Noyabr 2017 08:10

Konqo Demokratik Respublikasında sərnişin qatarı qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, 13 vaqonluq qatarın 11 vaqonu relsdən çıxaraq yanıb.

Lubudi şəhərində baş verən Qəza nəticəsində azı 33 nəfər ölüb, 30 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu da ehtimal edilir.

Gununsesi.info