Konqonun paytaxtı Brazavil şəhərinin Kintele bölgəsini ildırım vurması nəticəsində 20 nəfər həyatını itirib və çox sayda insan yaralanıb.
Gununsesi.org “TRT Haber”ə istinadən xəbər verir ki, Kintele bələdiyyə başçısı Sassou Nguesso ildırımın yüksək gərginlikli xəttə çırpıldığını və nəticədə meydana gələn yüksək gərginliyin 20 nəfərin həyatına son qoyduğunu açıqlayıb. Nguesso, həmçinin hadisə nəticəsində bir çox insanın yaralandığını və yaralıların bölgədəki xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, tropik iqlim qurşağında yerləşən Konqo Respublikasında hər il yağış mövsümündə tez-tez ildırım çaxması nəticəsində bir çox insan həyatını itirir, ev və müəssisələrə ciddi ziyan dəyir.
Gununsesi.org