Konqoda qayıq batdı

  • By admin
  • 11 Noyabr 2021 23:27

Konqo Demokratik Respublikasındakı Kivu gölündə həddindən artıq yüklənmiş, 120 sərnişini olan qayıq batıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ən azı 10 nəfər ölüb, 50-yə yaxın insan isə itkin düşüb.

Qayıq ərazidəki bazardan gələn sərnişinləri apararkən baş verib.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Gununsesi.info