Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına və BMT-dəki mənbəyə istinadən məlumat yayıb.
Mulekera şəhərinin meri Nqonqo Mayanqa bildirib ki, hücum edənlər Beni yaxınlığındakı Mulekera kommunasında tarlalarda işləyən insanlara atəş açıblar.
Onun sözlərinə görə, indiyədək 7 nəfərin, o cümlədən 3 qadının meyiti tapılıb, daha 5 qurbanın nəşi isə başqa yerlərdədir.
“Əlbəttə, axtarışlar davam etdikcə tapacağımız başqa meyitlər də var”, – o, üsyançı “Demokratik Qüvvələr Alyansı” üsyançı qrupunu ittiham edib.
BMT-nin Konqonun şərqindəki sülhməramlı missiyasındakı mənbə 10 nəfərin öldüyünü bildirib.
Gununsesi.info