
Konqoda sərnişin təyyarəsi yaşayış evlərinin üstünə düşüb.
Gununsesi.org “Röyters”ə istinadən xəbər verir ki, göyərtədə olan 17 sərnişin və 2 ekipaj üzvü ölüb. Xilasedicilər artıq 18 nəfərin cəsədini dağıntılar arasından çıxarıb.
“Busy Bee” şirkətinə məxsus layner düşdükdən sonra alışmağa başlayıb. Hadisənin səbəbləri araşdırılır.
Gununsesi.org