Konqresmendən sensasion AÇIQLAMA: “ABŞ sülh deyil, müharibə istəyir” – FOTO

  • By admin
  • 12 Dekabr 2023 10:58

ABŞ Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin bəyan edib ki, ABŞ administrasiyası Ukraynada münaqişəyə son qoyacaq sülh sazişində maraqlı deyil.

Gununsesi.info xəbər verir ki, respublikaçı konqresmen Qrin X sosial media platformasındakı paylaşımında Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərini dəyərləndirib.

“Zelenski şəhərdə olarkən və Ukrayna üçün pul tükəndiyi halda niyə Vaşinqtonda heç kim Rusiya ilə sülh sazişindən danışmır?”- deyə o sual verib

Özünün “Vaşinqton sülh deyil, müharibə istəyir” sualına cavab verən konqresmen “Bu, dəhşətli deyilmi?” deyib.

Ukraynaya əlavə maliyyə ayrılmasına qarşı olduğunu təkrarlayan Qrin “Vaşinqtonun Ukraynada Rusiyaya qarşı vəkil müharibəsini maliyyələşdirməsini” heç vaxt dəstəkləmədiyini və bu mövqeyini dəyişmək niyyətində olmadığını qeyd edib.

Gununsesi.info