Xalq artisti Nazpəri Dostəliyeva tədbirlərdən birinə qatılıb.
Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, geridə qoyduğumuz 2017-ci ilin bitməsini istəməyən ifaçı bunları deyib:
“2017-ci ildən çox gözəl təəssüratlarla ayrıldım. Hətta ilin bitməsini belə istəmirdim. Çünki ötən il həm şəxsi, həm də sənət həyatım üçün çox uğurlu oldu.
Yaradıcı insan heç vaxt bir yerdə oturmur. Yeni mahnılar, kliplər təqdim etdim. Bildiyiniz kimi, pedoqoji fəaliyyətimlə məşğulam. Düşünürəm ki, gələcəkdə bu sahədə gözəl nəaliyyətlərim olacaq. İlin sonu isə Heydər Əliyev Ali Mükafatına layiq görüldüm. Hər şey çox gözəl oldu”.
Xalq artisti yeni ildə hər kəsi həmrəy olmağa səsləyib: “Düşünürəm ki, 2018-ci ildə bir-birimizlə həmrəy və mehriban olacağıq. Bir-birimizin uğuruna kədərlənmək əvəzinə sevinəcəyik. Çünki bütün dünyaya sevgi ilə baxsaq problemlər yaşamarıq, həyatımız gözəlləşər. Ana, bacı və sənətkar kimi hər kəsə mehriban olmağı tövsiyə edirəm”.
N.Dostəliyeva konsert verə bilməməsindən də söz açıb: “Bir neçə dəfə konsert vermək istədim, sadəcə olaraq müəyyən səbəblərə görə alınmadı. Amma bu mənim borcumdur. Sevənlərimə sürpriz edəcəyəm”.
Gununsesi.info