Konstantinovkada supermarketə hücum edilib -Ölənlər var

Rus qoşunları avqustun 9-da səhər saatlarında Donetsk vilayətinin Konstantinovka şəhərini atəşə tutub və ərazidə yanğın başlayıb.

Gununsesi.info-nun məlumatına görə bu barədə Ukraynanın “Suspilne” telekanalı yerli sakinlərə istinadən xəbər verir ki.

Məlumatı şəhər hərbi administrasiyasının rəhbəri Sergey Qorbunov təsdiqləyib.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, azı 7 nəfər yaralanıb.

Onun sözlərinə görə, rus qoşunları top artilleriyasından şəhəri atəşə tutub.

“Tipik Konstantinovka” və “Donbas Operational” Teleqram kanalları supermarket ərazisində çəkilmiş kadrları dərc edib.

Konstantinovkada bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak belə şərh edib:“Konstantinovkada supermarketə hücum rusların növbəti terrorudur. Mülki insanlarla müharibə onların necə edəcəyini bildiyi yeganə şeydir”.

 Şəbnəm
Gununsesi.info