Konstitusiya Məhkəməsi HDP-yə “Yaşıl işıq” yandırdı - BÜDCƏDƏN YARDIM ALACAQLAR

  • By admin
  • 09 Mart 2023 20:12

Türkiyənin Konstitusiya Məhkəməsi kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) büdcədən maliyyə almasının qadağan edən qərarı dəyişib.

Qanunvericiliyə görə, bu il HDP-yə 539 milyon TL xəzinə yardımı ediləcək ki, bunun da 179 milyonu yanvarın 10-na qədər olacaq.

AYM-dən HDP-yə əlavə müdafiə vaxtı

“HDP-nin əbədi olaraq bağlanmasını tələb edən işdə Yargıtay Baş prokuroru Bəkir Şahin partiyanın xəzinə yardımı olan hesablarının “terror təşkilatı ilə üzvi əlaqələri davam edir” səbəbi ilə bloklanmasını istəyib. Xəzinədarlığın vəsaitləri isə terror təşkilatına ötürülür”.

Ali Apellyasiya Məhkəməsi Baş prokuroru Bəkir Şahin bu tələbi müzakirə edib və Konstitusiya Məhkəməsi HDP-nin xəzinə yardım hesabının müvəqqəti olaraq bloklanmasına qərar verib.

Ali Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu Xəzinədarlıq yardımı ilə hesabların bloklanması tələbi ilə bağlı partiyanın əsaslandırmalarının partiyaya göndərilməsi barədə qərar qəbul edib.

Partiyanın buna reaksiyasından sonra xəzinə yardımının bloklanması qərarı Konstitusiya Məhkəməsi Baş Məclisində yenidən nəzərdən keçirilib.

Komitə HDP-nin xəzinə yardımı ödənilən hesablarının müvəqqəti bloklanması ilə bağlı qərarı yekdilliklə ləğv edib.

Qeyd edək ki, adı çəkilən partiyanın lideri Süleyman Dəmirtaş hazırda həbsdədir.

Tərcümə:
Mətləb