Konsulluğun qarşısında özünü yandırdı

Fələstin tərəfdarı olan etirazçı İsrailin ABŞ-dakı Baş Konsulluğu qarşısında özünü yandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə Corciya ştatının Atlanta şəhərində baş verib.

Hazırda etirazçının vəziyyətinin ağır olduğu bildirilir.

İsrailin Baş konsulu Anat Sultan-Dadon özünü yandırma xəbərinə münasibət bildirib.

“Xəbərə görə kədərləndim. İsrailə qarşı nifrət və təhriklərin belə dəhşətli şəkildə ifadə olunması faciəvidir. Biz bu faciəli hərəkətin qarşısını almağa çalışarkən yaralanan təhlükəsizlik işçisi üçün dua edirik”.

 

 

Gununsesi.info