İnsan alveri ilə məşğul olan azərbaycanlı qadın tutulub.
Gununsesi.info BiG.AZ -a istinadən bildirib ki, Daxili İşlər Nazirlkiyindən verilən məlumata görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Könül İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib. Görülmüş tədbirlərlə K.İsgəndərova saxlanılıb.
Saxlanılan şəxs ətrafında araşdırmalar aparılır.