
Müğənni Könül Kərimova şəhərdə yerləşən villasını satışa çıxarıb. Gununsesi.info xəbər verir ki, bu barədə sənətçi “10-dan sonra” verilişin açıqlamasında deyib.
O, buna səs-küyün səbəb olduğunu bildirib: “Bu evi satışa çıxartmalı olmuşam. Bir az əziyyət çəkirik, səs-küy var. Sənət adamları sakit yerdə yaşamalı, səsdən uzaq olmalıdırlar. Hələ bu evə yeni köçəndə qonşular mənim mahnıma yüksək səs verib, maşınla o başa, bu başa gedirdilər”.
Gununsesi.info