AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Gununsesi.info xəbər verir ki, K. Mehtiyeva 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Albaniyada keçiriləcək 4-cü qrupunun oyunlarına təyinat alıb. O, sentyabrın 14-dən 19-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Şotlandiya, Serbiya, Kipr və Albaniya yığmaları mübarizə aparacaq.
Anar
Gununsesi.info