Könül Xasıyevaya Prezidentin fərdi təqaüdü veriləcək

  • By admin
  • 04 Aprel 2018 17:54

Prezident İlham Əliyev aprelin 4-də Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.info-nun məlumatına görə, sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Könül Kazım qızı Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Gununsesi.info