Könül Zalovanın anası prosesin qapalı keçirilməsini istəyib

  • By admin
  • 24 Noyabr 2016 15:59

zalova 

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən qadının anası Fəridə Zalovanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə çıxış edib. O, cinayət işində intim məsələlərin yer aldığını bildirib: “Burada şəxsi həyatla bağlı söhbətlər olduğu üçün prosesin qapalı keçirilməsini tələb edirik. Xahiş edirik ki, məhkəmə zalında əyləşən jurnalistlər və digər şəxslər zaldan  çıxarılsınlar”.

Məhkəmə vəsatəti təmin ediib, proses qapalı keçirilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, 2016-cı ilin yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan E.Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Gülnaz Qənbərli

Gununsesi.info