Könüldən Namiq etirafı: "Onunla oxumaq istəmirdim"

  • By admin
  • 25 İyul 2017 19:32

127879_l1m4vwc2rc
Müğənni Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində deyib ki, onunla duet oxumaq heç istəmirmiş.

K.Kərimova “Cavanlıq səhvi” duetini Cabbar Musayevin təkidi ilə səsləndirdiyini söyləyib:

“İlk dəfə Namiqdən duat təklifi gələndə təəccübləndim. O vaxt meyxana ilə musiqi sintezi olmurdu. Meyxananı pis qəbul edirdilər. İlk dəfə təklif Cabbar Musayevə deyilmişdi. Meyxana eşidəndə dedim, nə? Oxumaq istəmirdim. Dedilər, hərəniz öz tərzində oxuyacaqsınız. Bizim iş birliyimizin dəstəkçisi Cabbar müəllim oldu”.

Gununsesi.info