
“Silahlarını yerə qoyan heç bir keçmiş döyüşçü cinayət məsuliyyətinə cəlb olunmayacaq”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC News Azərbaycancaya deyib.
“Amma bu, Birinci Qarabağ müharibəsində cinayət törətmiş şəxlərə şamil olunmayacaq”, – o bildirib.
Qarabağdakı seraratçı qurumun rəhbərliyi cümə axşamı günü bildirib ki, silahları təhvi verməzdən qabaq onların təhlükəsizlik zəmanətinə ehtiyacları var.
Qarabağdakı son “antiterror əməliyyatı”ndan bir neçə ay öncə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, separatçı qurum özünü buraxdığı təqdirdə onlara amnistiya tətbiq edilə bilər.
Gununsesi.info