Konyada bir ailənin 7 üzvü güllələndi

  • By admin
  • 30 İyul 2021 22:34

Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər odlu silahla qətlə yetirilib.

Gununsesi.info  yerli KİV-ə istinadla xəbər verir ki, aralarında qadın da olan şəxslər öldürüldükdən sonra ev yandırılıb.

HTML tutorial

Polisin və yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Öldürülənlərin bir ailənin üzvləri olduğu bildirilir.

Baş vermə səbəbi hələlik məlum olmayan insidentlə bağlı araşdırma başlanıb.