Konyada döyüş təlimi təyyarəsi qəzaya uğradı

  • By admin
  • 14 Mart 2024 16:19

Türkiyənin Konya vilayətində döyüş təlimi təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, təlim təyyarəsi naməlum səbəblərdən 3-cü əsas reaktiv bazanın ərazisində qəzaya uğrayıb.

Hadisə yerinə çoxlu sayda tibb briqadası və yanğınsöndürmə briqadaları göndərilib.

Məlum olub ki, pilot təyyarəni atılmağı bacarıb.

 

Gununsesi.info