Köpəyinə sarılıb küçələrdə yatan yeniyetmənin acı taleyi - ÜRƏKPARÇALAYAN MƏNZƏRƏ - FOTOLAR+VİDEO

  • By admin
  • 05 Avqust 2017 12:43

8406035

Artıq neçə gündür ki, Türkiyə mediasi bu mövzunu müzakirə edir.

Gununsesi.ifno Türkiyə mediasına istinadən xəbər verir ki, xeyli zamandır 14 yaşlı suriyalı yeniyetmə Mahmud Həsən İstanbulun Beşiktaş məhəlləsində Zeytun adı verdiyi itinə sarılaraq küçələrdə yatır.

Onun yatdığı yerdə şəkli təsadüfən yoldan keçənlər tərəfindən telefona çəkilmiş sonra sosial mediada paylanıb. Bu foto sosial medaiada paylanması ilə cəmiyyətdə sanki bir bomba partlaması effekti yaradıb. Belə ki, hamı bu gənci müzakirə etməyə başlayıb.

Başına gələnləri anladan Mahmud Həsən deyir ki, Zeytunla baş-başa verib sarılaraq yatırıq: “Ona sarılınca onu mən itim kimi deyil, bir dostum və qardaşım zənn edirəm”. Həsənin sözlərinə görə, anasını 2 yaşında ikən Suriyada itirib.

Əmisi ilə 3 il öncə əvvəlcə Afrinə gələn Həsən indi küçələrdə yaşamaq zorunda qalıb. Atası isə Suriyada qalıb. Onun iki qardaşının Əsəd ordusunun əsgəri olduğu bildirilir.

Zeytun adlı itini haradan əldə etdiyinə gəldikdə isə Həsən deyib ki, onu küçədən tapıb: “Mən onu, o da məni çox sevir. 7-8 aydır ki, bir yerdə küçələrədə, avtobus dayanacaqlarında gecələyirik. Bir-birimizə sarılıb yatırıq”.

Artıq Türkiyə Ailə və Sosial Siyasət Nazirliyi bu işə qarışıb və suriyalı gənclə bağlı müvafiq tədbirlər görüləcək.

5982f4ee61361f1504b3fc0b

8406035

besiktas-ta-kaldirim-uzerinde-kopege-sarilarak-9898385_2442_m

kopek(1)

https://www.youtube.com/watch?v=JK95ER0Je2I&feature=youtu.be

Gununsesi.info