Köpək insanlardan “kömək istədi” – Dostu suya düşdü və… - VİDEO

  • By admin
  • 06 Yanvar 2021 12:41

İt buzlu suya düşən dostunu xilas etmək üçün insanlardan “kömək istədi”.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları paylaşıb.

Məlumata görə, hadisə Rusiyanın Nijni-Novqorod şəhərində baş verib. Donmuş çayın üzərində buz qırılıb və it ora düşüb. Onun dördayaqlı dostu isə ora-bura qaçıb, kömək istəyirmiş kimi zingildəyib.

Məhz bu zaman “Vyun” yanğın gəmisinin ekipaj üzvləri su sahəsini araşdırarkən iti görüblər. Onlar iti sudan çıxardıblar, xilasedici dostu ilə birlikdə yedizdirib, sərbəst buraxıblar.

 

Gununsesi.org